Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Mingəçevirdə dörd yaşlı uşaq xəstəxanada ölüb

 Mingəçevirdə 4 yaşlı qız xəstəxanada ölüb.

RegionTV.info  xəbər verir ki, Mingəçevir şəhər Prokurorluğundan bildirilib ki, avqustun 16-da şəhər sakini 2017-ci il təvəllüdlü Mehdiyeva Ruqiyyə Orxan qızının nəfəs çatışmazlığı nəticəsində Mingəçevir şəhər xəstəxanasında ölməsi barədə daxil olmuş məlumat əsasında prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Meyitin xarici müayinəsi zamanı mərhumun bədəni üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib. Ruqiyyə Mehdiyevanın ölümünün səbəbini dəqiqləşdirmək məqsədilə məhkəmə-tibb ekspertizası təyin edilib.

Qeyd olunub ki, araşdırmanın tam, hərtərəfli və obyektiv aparılması təmin edilməklə nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də