Qışa hazırlıq məqsədilə Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir.
RegionTV.info xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib ki, 16 avqust-1 sentyabr tarixlərində oduncaq tədarükü ölkə üzrə aşağıdakı meşə ərazilərində həyata keçiriləcək:
• Zaqatala rayonu, Muğanlı, Danaçı, Car, Tala, Muxax və Əliabad meşəbəylikləri;
• Balakən rayonu, Kortala və Qabaqçöl meşəbəylikləri;
• Qax rayonu, Qax, Qıpçaq, Qum və İlisu meşəbəylikləri;
• Şəki rayonu, Kiş və Şin meşəbəylikləri;
• Qəbələ rayonu, Yenikənd, Vəndam və Bum meşəbəylikləri;
• İsmayıllı rayonu, Talıstan, Girdiman və Qalınçaq meşəbəylikləri;
• Şamaxı rayonu, Dədəgünəş və Şamaxı meşəbəylikləri;
• Ağsu rayonu, Ağsu meşəbəyliyi;
• Quba rayonu, Vəlvələ, Quba, Rustov və Alpan meşəbəylikləri;
• Qusar rayonu, Qusar meşəbəyliyi;
• Xaçmaz rayonu, Xudat və Xaçmaz meşəbəylikləri;
• Şabran rayonu, Dəvəçi, Pirəbədil, Dənizkənarı və Çuxurəzəmi meşəbəylikləri;
• Xızı rayonu, Qarabulaq meşəbəyliyi;
• Tovuz rayonu, Cırdaxan, Yanıxlı, Şamlıq və Qovlar meşəbəylikləri;
• Ağstafa rayonu, Poylu və Soyuqbulaq meşəbəylikləri;
• Qazax rayonu, Qazax meşəbəyliyi;
• Goranboy rayonu, Yeni Ağcakənd və Goranboy meşəbəylikləri;
• Göygöl rayonu, Hacıkənd və Zurnabad meşəbəylikləri;
• Zərdab rayonu, Bıçaqçı meşəbəyliyi;
• Bərdə rayonu, Soltanbud 1 və Soltanbud 2 meşəbəylikləri;
• Ağdaş rayonu, Ağdaş meşəbəyliyi;
• Ağcabədi rayonu, 1, 2, 3 saylı meşəbəylikləri;
• Beyləqan rayonu, Mil meşəbəyliyi;
• İmişli rayonu, Məmmədli meşəbəyliyi;
• Daşkəsən rayonu, Əmirvar, Bayan və Dəstəfur meşəbəylikləri;
• Samux rayonu, Samux meşəbəyliyi;
• Gədəbəy rayonu, Qalakənd, Saratovka, Şınıx və Qızılca meşəbəylikləri;
• Şəmkir rayonu, Şəmkir meşəbəyliyi;
• Hacıqabul rayonu, Sabirabad və Şirvan meşəbəylikləri;
• Saatlı rayonu, Saatlı meşəbəyliyi;
• Sabirabad rayonu, Şirvan və Sabirabad meşəbəylikləri;
• Şirvan şəhəri, Şirvan meşəbəyliyi;
• Cəlilabad rayonu, Göytəpə və Cəlilabad meşəbəylikləri;
• Masallı rayonu, Yeyənkənd meşəbəyliyi;
• Yardımlı rayonu, 1, 3, 4 saylı meşəbəylikləri;
• Lerik rayonu, Razvandoband, Gürdəsər və Lerik meşəbəylikləri;
• Astara rayonu, Əsxənəkəran və Təngərüd meşəbəylikləri;
• Lənkəran rayonu, Haftoni meşəbəyliyi.
V.Kərimovun sözlərinə görə, tədarük olunan oduncaq Müdafiə Nazirliyinin, Sərhəd və Daxili Qoşunların hərbi hissələrinə, Təhsil, Səhiyyə müəssisələrinə və qazlaşdırılmayan ucqar kəndlərin əhalisinə dəyəri ödənilməklə verilir: “Oduncaq tədarükü həyata keçiriləcək meşə sahələri barədə ictimaiyyətə mütəmadi məlumat veriləcək”.
Nazir müavini oduncağa ehtiyacı olan qurumlara və əhaliyə çağırış edərək onlardan xahiş edib ki, odun yanacağına olan təlabatlarını ödəmək üçün meşələrə üz tutmasınlar, müvafiq qaydada regional meşə təsərrüfatı mərkəzlərinə müraciət etsinlər.
Xəbəri paylaş