
RegionTV.info-nun xəbərinə görə, həmin təyyarənin ABŞ-a məxsus olduğu güman edilir. Belə ki, ABŞ Kabildəki diplomatik heyətini ölkədən çıxardığını elan edib.
Bundan əvvəl AFP şahidlərə istinadən xəbər verib ki, hava limanını nəzarətə götürən amerikalı hərbçilər xaricə getməyə can ataraq oraya daxil olan kütləni dağıtmaq üçün havaya atəş açıblar.