Məşhur aparıcı Günel Bəhramqızı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində İctimaiyyətlə əlaqələr və maarifləndirmə sektorunun müdiri vəzifəsindən ayrılıb.
RegionTV.info-nun əldə etdiyi məlumata görə, hazırda o, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Media və Kommunikasiya xidmətinin əməkdaşı vəzifəsini icra edir.
Qeyd edək ki, Günel Bəhramqızı 2020-ci ilin sentyabrın 10-u Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təyinat alıb. O, uzun illər Dövlət Vergi Xidmətində çalışıb, "Azad Azərbaycan" televiziya kanalında yayımlanan "İqtisadi zona" verilişinin aparıcısı olub.
Xəbəri paylaş