Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində apardıqları əməliyyat-axtarış tədbirləri zamanı rayonun Beşdam kənd sakini əvvəllər məhkum olunmuş Ağayar Vəliyev saxlanılıb.
RegionTV.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan verilən məlumata görə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman onun əkib yetişdirdiyi çətənə bitkiləri aşkar olunaraq götürülüb.
Bundan başqa evin həyətinə baxış zamanı yarım kiloqrama yaxın marixuana və çətənə (kannabis) bitkisinin toxumları aşkar olunaraq götürülüb.
Faktla bağlı istintaq aparılır.
Xəbəri paylaş