
RegionTV.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbovun verdiyi məlumata görə, daxil olmuş müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən E.Cəfərov dəmir yolunda təmir-tikinti işləri aparan şirkətdə mühafizəçi işləyib. Həmin şəxs əvvəlcədən tanışları A.Ağasiyev və A.Şükürullayevlə plan quraraq bu əməli törədib.
Faktla bağlı araşdırmalar aparılır.





