Gürcüstanda koronavirusa 2 676 yeni yoluxma qeydə alınıb Tarix: 16-08-2021, 11:20 Xəbərə baxış: 97 Gürcüstanda ötən sutkada koronavirusa 2 676 yeni yoluxma faktı təsdiqlənib, 4 119 nəfər müalicə olunaraq sağalıb, 30 pasiyent vəfat edib.RegionTV.info xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyası 484 254 nəfərdə aşkarlanıb. Onların 425 651-i sağalıb, 6 436-sı ölüb.