Şabran şəhərində qadın kimyəvi məhluldan zəhərlənib.
RegionTV.info-nun məlumatına görə, 1954-cü il təvəllüdlü Gülsurə Şaban qızı Hacıyeva evdə təmizlik işləri apararkən "ACE" adlı kimyəvi məhlulun kəskin qoxusundan özünü pis hiss edib.
O, yaxınları tərəfindən Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Ona xəstəxanada Kimyəvi zəhərlənmə diaqnozu qoyulub.
Xəstəyə tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş