Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda fəaliyyət göstərən QHT rəhbərlərinin Ağdama səfəri başlayıb

Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları (QHT) rəhbərlərinin işğaldan azad edilən Ağdam şəhərinə səfəri başlayıb.

RegionTV.info  xəbər verir ki, bu barədə səfərdə iştirak edən QHT sədrlərindən biri olan Niyaməddin Orduxanlı məlumat verib.

Onları QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Azay Quliyev və Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Qeyri-hökumət təşkilatları ilə iş sektorunun böyük məsləhətçisi, Agentliyin sədr müavini Vüsal Quliyev müşayiət edirlər.

Nümayəndə heyəti Ağdamda 30 ilə yaxın müddət ərzində ermənilər tərəfindən törədilmiş vəhşilik və dağıntılarla tanış olacaqlar.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də