
RegionTV.info xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciət əsasında şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən üç nəfər şəxs saxlanılıb.
Araşdırmalarla onların rayonun Mərzili kənd sakini Vüqar Vəliyev, Təzəkənd qəsəbə sakinləri Vasif İbadov və Pənah Quliyev olduqları müəyyən edilib.
Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri oğurluq hadisəsini etiraf ediblər.
Faktla bağlı Ağdam RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.