
RegionTV.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Agentliyin anonim mənbəyə istinadən verdiyi məlumata görə, 6000 əsgərin Əfqanıstanda müvəqqəti olaraq yerləşdiriləcəyi gözlənilir.
Qeyd edək ki, ötən gün ABŞ prezidenti Co Bayden Əfqanıstana 5000 əsgərin göndərilməsinə icazə vermişdi, onların missiyası Kabildəki Amerika səfirliyinin şəxsi heyətinin təhlükəsiz şəkildə çıxarılmasını təmin etməkdir.