TTürkiyənin Qaradəniz bölgəsində sel fəlakəti nəticəsində ölənlərin sayı 64 nəfərə çatıb.
RegionTV.info xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Hallar Departamentindən (AFAD) bildirilib.
Ölənlərin 54-ü Kastamonu, doqquzu Sinop, biri isə Bartın sakinidir.
Hazırda həmin bölgələrdə 8 mindən çox canlı qüvvə axtarış-xilasetmə, eləcə də təmizlik, bərpa işlərində iştirak edir.
2021-08-15 19:27
Türkiyənin qərbi Qara dəniz bölgəsində baş verən sel daşqınları nəticəsində ölənlərin sayı yenidən artıb.
RegionTV.info xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Hallar Departamentindən (AFAD) bildirilib.
Təbii fəlakət nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb. Ölənlərin 52-si Kastamonu, doqquzu Sinop, biri isə Bartın sakinidir.
02:50
Türkiyənin qərbi Qara dəniz bölgəsində baş verən sel daşqınları nəticəsində ölənlərin sayı artıb.
RegionTV.info xəbər verir ki, təbii fəlakət nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb.
Belə ki, Kastamonuda 48, Sinopda 9, Bartında 1 nəfər həyatını itirib. Təbii fəlakət zamanı həmçinin 80-ə yaxın insan itkin düşüb. Məlumata görə, daşqın zonalarından itkin düşənlər haqqında ümumilikdə 77 xəbər daxil olub.
22:25
Türkiyənin qərbi Qara dəniz bölgəsində baş verən sel daşqınları nəticəsində ölənlərin sayı artıb.
RegionTV.info xəbər verir ki, təbii fəlakət nəticəsində ölənlərin sayı 55 nəfərə çatıb.
Ən çox həlak olan Kastamonuda qeydə alınıb. Burada 46 nəfər təbii fəlakətin qurbanı olub. Bununla yanaşı, 8 nəfər Sinopda, 1 nəfər isə Bartın vilayətində ölüb.
Xəbəri paylaş