Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

AZAL-ın təyyarəsi texniki səbəbdən dayanacağa qayıdıb

Antalya-Bakı marşrutu üzrə reysin yerinə yetirilməsinə hazırlaşan "Azərbaycan Hava Yolları" aviaşirkətinin "Airbus A320" təyyarəsi texniki səbəblərdən dayanacağa qayıdıb.

RegionTV.info  bu barədə "Azərbaycan Hava Yolları" QSC-yə istinadən xəbər verir.

"Sərnişinlərin daşınması üçün Bakıdan başqa təyyarə göndəriləcək. Gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin ediləcək", deyə məlumatda bildirilir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də