Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələri və könüllülərin Ağdama səfəri başlayıb.
RegionTV.info xəbər verir ki, qonaqları Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıb.
Səfər çərçivəsində ilk olaraq Ağdam şəhərində yerləşən və birinci Qarabağ xanı Pənahəli xanın yay sarayı olmuş XVIII əsrə aid tarix-memarlıq abidəsinə ziyarət təşkil olunub.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Ağdam rayonu üzrə nümayəndəsi Mirzə Cavadov qonaqlara ətraflı məlumat verib, onlara Mehdiqulu xanın və Xurşidbanu Natəvanın məzarlarını göstərib. Eyni zamanda abidənin və məzarların ermənilər tərəfindən dağıdıldığı qeyd olunub.
Xəbəri paylaş