Biləsuvar rayonunda dəhşətli hadisə baş verib.
RegionTV.info-nun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun İsmətli kəndində qeydə alınıb.
Belə ki, həmin kənddə yaşayan, 1992-ci il təvəllüdlü Gülər İmanzadə 1 yaşlı övladı Polad İmanzadəni su kanalına atıb. Nəticədə uşaq suda boğulub.
Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Hadisənin təfərrüatı dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş