
Salyan rayonunda intihar hadisəsi baş verib.
Hadisə rayonun Xıdırlı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1973-cü il təvəllüdlü Çələbiyev Raqib Oruc oğlu yaşadığı evin həyətyanı sahəsindəki yarımtikilidə özünü asaraq intihar edib.
İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.