
RegionTV.info xəbər verir ki, yanğın İzmirin Çeşmə rayonu ərazisində baş verib.
Meşələrin yandığını görən vətəndaşlar dövlət qurumlarına bu barədə xəbər veriblər. Əraziyə 3 helikopter, 3 yanğınsöndürən maşın və çoxlu sayda personal cəlb olunub.
Küləkli hava şəraitinin yanğınsöndürmə tədbirlərinə mənfi təsir etdiyi deyilir.