Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Türkiyədə sel fəlakətində ölənlərin sayı 40-a çatıb

Türkiyədə sel fəlakəti nəticəsində ölənlərin sayı 40-a yüksəlib.

RegionTV.info  xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, Kastamonu şəhərində 34, Sinopda isə 6 nəfər həyatını itirib.

Hazırda itkin düşən 1 nəfərin axtarışları davam etdirilir. 9 nəfərin müalicəsi isə davam etdirilir.

Qeyd edək ki, Türkiyənin Qara dəniz sahillərində yerləşən Kastamonu, Bartın və Sinop şəhərlərində leysan yağışları nəticəsində sel fəlakəti yaşanıb. Genişmiqyaslı dağıntılar baş verib, şəhərlərə böyük ziyan dəyib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də