
RegionTV.info xəbər verir ki, məlumata görə, müğənni cümə günü səhər saatlarında Neşvill şəhərində (Tennessi ştatı) vəfat edib. Onun ölüm səbəbi açıqlanmır. Jurnalın yazdığına görə, 1990-cı illərdə ifaçı iki dəfə xərçəng xəstəliyinə qalib gəlib.
Qeyd edək ki, Qriffit 18 albom yazdırıb. O, yaradıcılığı boyu bir sıra mükafatlara, o cümlədən “Other Voices, Other Rooms” plastinkasına görə “Ən yaxşı müasir folk albom” nominasiyasında “Grammy”yə layiq görülüb. Qriffit, həmçinin 1994-cü ildə “Ən yaxşı beynəlxalq ifaçı” nominasiyasında “Brit Awards” mükafatını alıb.