Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Baş infeksionist: "Qapanmalara getmək zəruri olacaq" - VİDEO

RegionTV.info
Azərbaycanda koronavirusa yoluxma halları artır.
 
İki həftə əvvəl ölkəmizdə koronavirusa gündəlik yoluxma 272 idisə, bu həftə 3 minə yaxınlaşıb. Bu həftə ərzində  12 min 185 yoluxma və  74 ölüm halı qeydə alınıb.
 
Baş infeksionist Təyyar Eyvazov bildirib ki, karantin qaydalarında yumşalmalara getdikdən sonra yoluxma sayında artım baş verir.
 
Çünki infeksiyanın yayılmasında ən önəmli faktor insan təmaslarının artmasıdır.
 
Təyyar Eyvazov bildirib ki, virusun yeni ştamlarının region ölkələrində yayılması Azərbaycan əhalisi üçün də xəbərdarlıq olmalıdır.
 
"Ölkəmizdə də yoluxma belə templə davam etsə, qapanmalara getmək  zəruri olacaqdır",- deyə baş infeksionist qeyd edib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də