Böyük Britaniyanın baş naziri Boris Conson bəyan edib ki, Əfqanıstandakı vəziyyətə hərbi müdaxilə məsələsinə baxılmır.
RegionTV.info xəbər verir ki, baş nazir bu sözləri “Sky News”un efirində deyib.
“Böyük Britaniyanın və ya hər hansı digər qüvvənin vəziyyətə hərbi müdaxilə etmək məsələsində real olmaq lazımdır. Əmin ola biləcəyimiz yeganə məsələ, Əfqanıstanın yenidən terror yuvasına çevrilməməsi üçün bölgədəki və dünyadakı müttəfiqlərimizlə birgə işləməkdir. London bunun üçün diplomatik və siyasi rıçaqlardan istifadə etmək niyyətindədir”,-deyə, baş nazir bildirib.
Boris Conson əlavə edib ki, Əfqanıstanda vəziyyətin pisləşməsi fonunda Britaniya vətəndaşları və İngiltərə təşkilatlarının əfqan işçiləri təxliyə ediləcək.
Xəbəri paylaş