Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Kanada Əfqanıstandan 20 min qaçqını qəbul etməyə hazırdır

Kanada radikal “Taliban” hərəkatının yaraqlılarının hücumu fonunda həssas qruplardan olan 20 min Əfqanıstan vətəndaşını qəbul etmək niyyətindədir.

RegionTV.info  xəbər verir ki, bu barədə ölkənin İmmiqrasiya, Qaçqınlar və Vətəndaşlıq Vəziyyətinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, “Taliban” Əfqanıstanda daha çox ərazini ələ keçirərkən, həyatı təhlükə altında olan bir çox mülki şəxs ölkəni tərk edib:

“Bu gün artan humanitar böhrana kömək etmək üçün İmmiqrasiya, Qaçqınlar və Vətəndaş Vəziyyəti naziri Marko Mendiçino, Müdafiə naziri Harjit Sinqh Sajan və Xarici İşlər naziri Mark Qarno bəyan edib ki, Kanada “Taliban”a görə həyatı təhlükəsi olan 20 min Əfqanıstan vətəndaşını qəbul edəcək”.

Bundan əlavə, Kanadada bu saydan artıq gələn qaçqınlara kömək etmək üçün xüsusi proqramlar həyata keçirəcək.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də