Qazax rayonunda həmyerlisini qətlə yetirməkdə şübhəli bilinən şəxsin kimliyi məlum olub.
RegionTV.info-nun məlumatına görə, bu 2000-cı il təvəllüdlü Nəsimi İsmayılovdur.
O, polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
***22:04
Qazax rayonunda qətl hadisəsi törədilib.
RegionTV.info-nun məlumatına görə, hadisə rayonun İkinci Şıxlı kəndində baş verib. Kənd sakini 1999-cu il təvəllüdlü Mansurov Novruz Ferruz oğlu ürək nahiyyəsindən bıçaqlanıb.
Ağır vəziyyətidə xəstəxanaya aparılan 22 yaşlı gənc xəstəxanada dünyasını dəyişib.
Hələki, hadisənin kim tərəfindən və hansı səbəbdən törədildiyi məlum deyil.
Xəbəri paylaş