Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda prospektlərdən birində bəzi dayanacaqların yeri dəyişdiriləcək

"Bakı Nəqliyyat Agentliyi (BNA) Heydər Əliyev prospektindəki sıxlığı aradan qaldırmaq üçün bir sıra layihələr hazırlayıb".

RegionTV.info  xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib.

Onun sözlərinə görə, Heydər Əliyev Mərkəzinin yaxınlığındakı bəzi dayanacaqların yeri düzgün deyil: "Biz onları köçürməyi planlaşdırırıq. Həmin ərazidə sıxlığın azaldılması üçün Bağırov körpüsü dediyimiz ərazidə tuneli keçdikdən sonra köməkçi yoldan əsas yola çıxış imkanı yaradılacaq. Bu da geri dönmək istəyən nəqliyyat vasitələrinin, daha geniş məsafədə, daha rahat yerlərini dəyişərək geri dönmə əməliyyatını istifadə etməsinə imkan verəcək. BNA təklifləri hazırlayıb dövlət qurumlarına təqdim edib. Bəzi təklifləri artıq razılaşdırmışıq, yaxın vaxtlarda icrasına başlamağı planlaşdırırıq”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də