Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ərdoğan: "Fəlakətin ilk anlarından xalqımızla birlikdəyik"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seldən zərər çəkən bölgələrə səfəri çərçivəsində Kastamonunun Bozkurt bölgəsində olub.

RegionTV.info  xəbər verir ki, Türkiyə Prezidenti yerli əhaliyə müraciət edib.

“Hamımıza keçmiş olsun. Ölənlərə Allahdan rəhmət diləyirəm, yaxınlarına və xalqımıza başsağlığı verirəm. Bartında itkin düşən 1 şəxsin axtarışları davam etdirilir. Yaralananlara şəfa diləyirəm. Ölkəmizin cənubunda meşə yanğınları yaşadıq, şimalda isə sel fəlakətləri ilə üz-üzəyik. Fəlakətin ilk anlarından xalqımızla birlikdəyik”, - deyə Ərdoğan söyləyib.

Türkiyə Prezidenti xilasedicilər haqqında da danışıb: "Bu əməliyyatlarda çalışan bütün qardaşlarımızın, əsgərlər və polislərin alnından öpürəm, onlara təşəkkür edirəm".

Onun sözlərinə görə, 4 760 personal, 19 helikopter, 1 PUA, 66 təcili yardım maşını, 630 xidməti nəqliyyat vasitəsi və digər vasitələr selin nəticələrinin aradan qaldırılması ilə bağlı əməliyyatlara cəlb olunub. Türkiyə prezidenti Kastamonu, Bartın və Sinop şəhərlərini fəlakət zonası elan edib.

"Nə lazımdırsa, edirik və edəcəyik", - o əlavə edib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də