"Sumqayıt Texnologiyalar Parkı" MMC-nin (STP) törəmə şirkəti "STP Metal Structures" MMC-nin direktoru Fərid Ağayev vəzifəsindən azad edilib.RegionTV.info xəbər verir ki, şirkətə rəhbərlik Fərhad Kərimovova həvalə olunub.
Xatırladaq ki, "STP Metal Structures" ötən il yaradılıb. Onun nizamnamə kapitalı 100 min manatdır.


