Bakı şəhərinin Xətai rayonunda tikilməkdə olan çoxmərtəbəli binanın 9-cu mərtəbəsində quraşdırılan taxta qəliblər 10 m² sahədə yanıb.
RegionTV.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Xəbəri paylaş