Türkiyədə sel fəlakəti nəticəsində ölənlərin sayı 27-yə çatıb Tarix: 13-08-2021, 09:51 Xəbərə baxış: 101 Türkiyədə sel nəticəsində ölənlərin sayı 27-yə çatıb.RegionTV.info xəbər verir ki, təbii fəlakət, əsasən, Qara dəniz sahillərində yerləşən Sinop, Bartın və Kastamonu şəhərlərinə ziyan vurub.Ölüm hallarından 25-i Kastamonuda, 2-si isə Sinopda qeydə alınıb.Bölgədə genişmiqyaslı dağıntı meydana gəlib.