Radikal “Taliban” hərəkatının silahlıları Əfqanıstanın daha bir şəhərini ələ keçirib.
RegionTV.info xəbər verir ki, bu barədə “Agency France Presse” məlumat yayıb.
Məlumata görə, silahlılar ölkənin cənubundakı Gülmənd əyalətinin inzibati mərkəzi Laşqarqah şəhərini qəsb ediblər.
Əfqanıstanın təhlükəsizlik orqanlarından bildirilib ki, “taliblər” hərbçilərin və dinc sakinlərin şəhərdən çıxmaları üçün 48 saatlıq atəşkəs rejimi tətbiq ediblər.
Xəbəri paylaş