Britaniyanın cənub-qərbindəki Plimut şəhərində baş vermiş atışma zamanı 6 nəfər həlak olub.
RegionTV.info xəbər verir ki, bu barədə polis məlumat yayıb. Həlak olanlardan biri hüquq-mühafizə orqanlarının əməkdaşıdır. Onunla birlikdə atışma zamanı 2 qadın və 2 kişi də hadisə yerində ölüblər. Daha bir yaralı isə xəstəxanada dünyasını dəyişib.
"Times" qəzeti isə şahidlərə istinadən həlak olanlardan birinin 5 yaşlı qız olduğunu xəbər verib.
İnsident yerli vaxtla saat 18:10-da (Bakı vaxtı ilə saat 21:10-da) Biddok-Drayv küçəsində baş verib.
Polis hadisənin başvermə səbəbini açıqlamayıb. Hadisə ilə bağlı təhqiqat aparılır. "Guardian" isə insidentin ailə münaqişəsi səbəbindən baş verdiyini bildirib.
00:51
Britaniyada atışma olub.
RegionTV.info xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Məlumata görə, insident zamanı bir neçə nəfər həlak olub.
Qeyd edilir ki, hadisə Plimut şəhərində yerli vaxtla saat 18:10-da (Bakı vaxtı ilə saat 21:10-da) Biddok-Drayv küçəsində baş verib. Atışma zamanı daha bir neçə nəfər xəsarət alıb. Yaralılara tibbi yardım göstərilib.
Hadisənin baş verdiyi ərazi polis tərəfindən əhatəyə alınıb. Silahlı insidentin təfərrüatı açıqlanmır.
Xəbəri paylaş