Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Biləsuvarda koronavirusa yoluxanların sayı artıb

Son günlər respublikamızda koronavirus pandemiyasının yeni dalğası və bu xəstəliyə yoluxanların sayının çoxalması hər kəsi bir daha diqqətli olmağı tələb edir.

RegionTV.info-nun əldə etdiyi məlumata görə, müayinələrin nəticələrinə əsasən rayonda xəstəliyə yoluxma hallarında artım var.

Belə ki, hazırda Biləsuvarda 300-ə yaxın koronavirus xəstəsi var. Son günlər rayonun 4 sakini bu xəstəlikdən vəfat edib.

Həmçinin ötən günə əsasən daha 80 nəfər rayon sakinində koronavirusa yoluxma aşkarlanıb.

Qeyd edək ki, ötən gün ölkədə koronavirusa 2 674 yeni yoluxma faktı qeydə alınıb, 576 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb və analiz nümunələri müsbət çıxan 14 nəfər dünyasını dəyişib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də