
RegionTV.info xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi özünün tvitterdəki hesabında bildirib.
Qeyd edilir ki, hadisə İraqın şimalında baş verib. Türkiyə Silahlı Qüvvələrinin hərbçisi "Pençe-Şimşek" əməliyyat zonasında PKK terrorçularının hücumu nəticəsində ağır yaralanıb. O, xəstəxanaya yerləşdirilib, lakin yaralının həyatını xilas etmək mümkün olmayıb.
Türkiyə hərbçilərinin cavab tədbirləri nəticəsində hücumu həyata keçirən 3 terrorçu zərərsizləşdirilib. Hazırda bölgədə əməliyyat davam edir.