Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Binəqədidə qəsəbədaxili küçə və yollar təmir edilir

Vətəndaşların gediş-gəlişinin təmin olunması məqsədilə 2021-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhəri Binəqədi rayonu üzrə 15 km-dən çox küçə və yolda təmir işlərinin aparılması nəzərdə tutulurdu ki, hazırda bu istiqamətdə rayonun II mədən adlanan ərazisində ümumi uzunluğu 800 metr olan küçələrin təmirinə başlanılıb.

RegionTV.info  xəbər verir ki,  bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Məlumata görə, artıq nəzərdə tutulan işlərin bir hissəsi yerinə yetirilib və qeyd olunan ərazidə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır: " Paralel olaraq küçə boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilir, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulur. Təmir işləri aparılacağı sahə 8 min kv.m ərazini əhatə edir".

Bildirilir ki, 2021-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Binəqədi rayonunun Rəsulzadə qəsəbəsi üzrə 3 km, Binəqədi qəsəbəsi üzrə 5.3 km, Sulutəpə qəsəbəsi üzrə 2.6 km və Xocəsən qəsəbəsi üzrə 4.5 km qəsəbədaxili küçə və yolların təmiri də nəzərdə tutulurdu ki, bu çərçivədə Rəsulzadə qəsəbəsində ümumi uzunluğu 1 km, Binəqədi qəsəbəsi üzrə 3.9 km, Sulutəpə qəsəbəsi üzrə də 2.6 km uzunluğa malik küçə və yolların təmiri artıq yekunlaşıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncam və tapşırıqları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2019-2020-ci illərdə Binəqədi rayonunun qəsəbələrini əhatə edən ümumi uzunluğu 70 km-dən çox olan küçə və yola asfalt-beton örtüyü döşənib.



Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də