Bakının Qaradağ rayonunda karantin qaydalarına zidd olaraq müştərilərə qəlyan təklif edən daha bir kafe aşkarlanıb.
RegionTV.info xəbər verir ki, DİN-dən verilən məlumata görə, polis əməkdaşları Lökbatan qəsəbəsində yerləşən "Pub-110" adlı kafenin sahibi Emin Məmmədovun müştərilərə qəlyan verdiyi aşkar ediblər. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.
Toplanmış material rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə Emin Məmmədov 8 sutka inzibati qaydada həbs edilib.
Xəbəri paylaş