
RegionTV.info xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Bəhmətli kəndində Tərlan Cumayevə məxsus evin həyətyanı sahəsində keçirilən toy mərasimində müəyyən edilən say həddindən, yəni 50 nəfərdən artıq qonağın iştirak etdiyi məlum olub.
T.Cumayev inzibati məsuliyyətə cəlb olunaraq cərimələnib.
