Baş Prokurorluq Sabirabad rayonunda su kanalına düşən avtomobildən meyit tapılması barədə məlumat yayıb.
RegionTV.info xəbər verir ki, Qurumun Mətbuat xidmətindən bildirilib ki, avqusun 11-i saat 10 radələrində Sabirabad rayonu ərazisində su kanalında Mirzəyev Elman Nizami oğlunun avtomobildə meyiti aşkar edilib.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Məhkəmə-tibb ekspertinin iştirakı ilə meyit müayinə olunarkən üzərində xəsarət və ya xəsarət izləri aşkar edilməyib.
Faktla bağlı hazırda Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.
Xəbəri paylaş