Gürcüstanda daha 49 nəfər COVID-19-dan ölüb Tarix: 12-08-2021, 11:29 Xəbərə baxış: 101 Gürcüstanda ötən sutkada koronavirusa 5 128 yeni yoluxma faktı təsdiqlənib, 3 310 nəfər müalicə olunaraq sağalıb.RegionTV.info xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.Son 24 saat ərzində daha 49 nəfər vəfat edib.Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 466 326 nəfər yoluxub. Onların 412 420-si sağalıb, 6 279-u ölüb.