
RegionTV.info-nun məlumatına görə, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.
Qeyd edilir ki, leysan yağışların səbəb olduğu sel nəticəsində Kastamonuda 2 nəfər ölüb, Bartında 1 nəfər itkin düşüb.
Təbii fəlakət hər üç şəhərə ciddi ziyan vurub, bir sıra ciddi fəsadlara yol açıb. Hazırda bu yaşayış yerlərində müvafiq qurumlar tərəfindən axtarış-xilasetmə xidmətləri həyata keçirilir, təxliyə işləri görülür.

