
RegionTV.info xəbər verir ki, bu barədə Təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə yerli idarənin direktoru Sudeş Kumar Moxta bildirib.
"Daha üç meyit axtarış-xilasetmə əməliyyatının yeniləndiyi Ximaçal-Pradeş ştatında, Kinnaur ərazisində, sürüşmə yerində aşkarlanıb, buna görə də ölənlərin sayı artaraq 13 nəfərə çatıb", - idarə rəsmisi tvitterdəki hesabında yazıb.
Daha əvvəl çərşənbə günü NDTV telekanalı 11 nəfərin həlak olması, 30 nəfərin itkin düşməsi barədə məlumat yayıb.
Torpaq sürüşməsi çərşənbə günü gündüz Ximaçal-Pradeşedə, Kinnaur ərazisində olub. Nəticədə bir neçə avtomobil, avtobus və yük maşını uçqun altında qalıb. Hindistanın baş naziri Narendra Modi mərkəzi hökumətin yerli hakimiyyətə kömək göstərməyə hazır olduğunu deyib.