Bəzi qida məhsullarında və tikinti materiallarının qiymətində son bir ayda artım müşahidə edilir.
RegionTV.info xəbər verir ki, satıcılar kənd məhsullarından toyuğun qiymətinin yox, lakin kənd yumurtasının qiymətinin xeyli artdığını deyirlər.
Ət məhsullarından mal və qoyun ətinin qiymətində fərq olunmadığı deyilsə də, balıqların bəzi növlərinin qiymətində dəyişiklik var.
Vətəndaşlar isə bildirilər ki, qiymət artımı nəzərəçarpacaq qədər çox deyil.
Elə tikinti materiallarının bəzilərində də qiymətlər artıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2021-ci ilin yanvar-iyul aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-iyul aylarına nisbətən 4,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 5,1 faiz, qeyri-ərzaq məhsulları üzrə 4,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,9 faiz artıb.
Ən çox bahalaşma peçenye, makaron məmulatları, mal, qoyun və toyuq əti, kolbasa məmulatları, təzə və dondurulmuş balıq, qatılaşdırılmış şəkərli süd, xama, kəsmik, günəbaxan və qarğıdalı yağları, şəkər və şəkər tozu, çay, albalı, gilas, kələm, xiyar, pomidorun qiytmətində müşahidə edilib.
Qeyri-ərzaq məhsullarından daha çox bahalaşma parçaların, yağlı boyaların, polietilen su və kanalizasiya borularının, kəsilmiş taxtaların, sementin, kərpicin qiymətində özünü göstərib.
Xəbəri paylaş