Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Taliblər” Əfqanıstanda sülhə hazır olduqlarını bildiriblər

"Taliban" hərəkatının nümayəndə heyəti Rusiya Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulova ölkədə yaranmış gərgin vəziyyətin sülh yolu ilə həllinə sadiqliyini açıqlayıb.

RegionTV.info  xəbər verir ki, bu barədə hərəkatın Qətərdəki rəsmi nümayəndəsi Suheyl Şahin bildirib.

"Siyasi ofisin (“Taliban”) başçısı molla Baradar Axund və onu müşayiət edən nümayəndə heyəti Rusiya Federasiyası prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulovla görüşdü. Əfqanıstan İslam Əmirliyinin (“Talibanın özünə verdiyi ad - red) nümayəndə heyəti yenidən sülh qərarına sadiqliyi haqqında bildirərək deyib ki, bizim prioritetimiz problemləri danışıqlar vasitəsilə həll etməkdir, ancaq digər tərəflər buna maneələr yaratmamalıdır", - Şahin tvitterdəki hesabında yazıb.

Qeyd edək ki, Qətərin paytaxtında "Taliban" hərəkatının iştirakı ilə Əfqanıstan, Rusiya, Çin, ABŞ və Pakistanın nümayəndə heyətlərinin Əfqanıstan üzrə danışıqlar keçirilir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də