Birləşmiş Ştatların Hərbi Hava Qüvvələri son iki-üç gün ərzində Əfqanıstanda "Taliban"n mövqelərinə havadan zərbələr endirib.
RegionTV.info xəbər verir ki, bu barədə Amerika Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Con Kirbi bildirib.
"Biz son 24-48 saat ərzində bir neçə hava zərbəsi endirdik. Biz onları dəstəkləməyə davam edirik və onlarda “Taliban”da olmayan üstünlüklər var və indi onların bundan istifadə etmək imkanı var", - Amerika hərbi müəssisəsinin nümayəndəsi deyib.
Kirbi həmçinin əlavə edib ki, Birləşmiş Ştatların hərbi qulluqçularının Əfqanıstandan çıxarılması ilə Amerika qüvvələrinin Kabilə havadan hərbi dəstəyin verilməsi avqustun 31-də başa çatır. Ölkənin sonrakı müdafiəsi haqqında qərarlar qəbul edilməyib.
O qeyd edib ki, əfqan tərəfi Amerika hərbi hava qüvvələri ilə müqayisədə silahlıların mövqelərinə daha çox zərbələr endiriblər.
Xəbəri paylaş