
RegionTV.info xəbər verir ki, bu barədə yerli “Skai TV” telekanalı bildirib.
Məlumata görə, polis avqustun 4-dən 11-dək bütün ölkə üzrə meşələrin qəsdən yandırılması və ya səhlənkarlıq səbəbindən baş verən yanğınlarda şübhəli bilinən 118 nəfəri saxlayıb, 18 nəfərin həbsi ilə bağlı müvafiq sənədlər təşkil edilib. Yanğınlarda şübhəli bilinənlər 15-78 yaşlarındadır.
Bundan başqa, yanğınlar zamanı qismən yanmış evlərdən əşyaların oğurlanılması faktları ilə bağlı 6 nəfər həbs edilib.