Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Həyat yoldaşının övladını öldürdüyünü iddia edən qadın parklarda yatır - VİDEO

RegionTV.info
Göyçay qeydiyyatında olan Mətanət Salahova Bakıda yaşayır. Dediyinə görə, evi olmadığına və işləmədiyinə görə iki azyaşlı övladı ilə birlikdə parklarda gecələyir. İki dəfə ailə həyatı quran Mətanət Salahovanın ilk izdivacından olan oğlu hazırda hərbi xidmətdədir. O, ikinci izdivacından olan birinci uşağını isə itirib. Lakin M.Salahova övladını ikinci həyat yoldaşının qətlə yetirdiyini iddia edir.

Çarəsiz qadın aidiyyəti qurumlardan yardım istəyir. O, maddi yardım üçün bir neçə dəfə Göyçay Rayon İcra Hakimiyyətinə (RİH) də müraciət edib.

Baku TV Mətanət Salahovanın və iki azyaşlı övladının vəziyyətini nəzərə alaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxlayıb. Məsələ nəzarətə götürüldü və qadına övladlarının sığınacağa yerləşdirilməsi təklif edildi. Lakin o, bu təkliflə razılaşmadı deyə nazirliyin rəsmiləri onu Bakıya dəvət edərək əllərindən gələni edəcəklərini bildirdilər.

Göyçay RİH isə Mətanət Salahovanın övladları ilə birlikdə Bakıya gediş-gəliş xərclərini qarşılayıb. Beləcə, iki övladı ilə parklarda yaşayan qadının probleminin həlli üçün ilk addımlar atıldı.

Ətraflı süjeti təqdim edirik:


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də