“Qəbələdə mürəkkəb relyefli dağlıq ərazidə meşədə baş verən yanğınla bağlı bütün qüvvələrimiz səfərbər olunaraq yanğının tez bir zamanda söndürülməsi üçün çalışırlar”.
RegionTV.info xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumat verib.
Onun sözlərinə görə, hazırda Fövqəladə Hallar Nazirliyinin, rayon icra hakimiyyətinin və yerli kənd camaatının köməyi ilə yanğının digər ərazilərə keçməsinin, genişlənməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür.
Nazirlik rəsmisi vətəndaşlara bir daha çağırış edib: “Havaların isti keçməsi, insanların təbiət qoynuna üz tutması meşələrdə yanğınların baş vermə ehtimalını artırdığı üçün hər kəsi bir daha yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə çağırırıq. Unutmayaq ki, cüzi ehtiyatsızlıq qarşısıalınmaz yanğınlara səbəb olur, söndürülməsi çox böyük əziyyət və zəhmət tələb edir, flora və faunanın, torpaq qatının məhvi ilə bərabər, dövlətimizin büdcəsinə külli miqdarda ziyan dəyir”.
Xəbəri paylaş