Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qazaxıstanda 7 ayda 50 milyon ton neft hasil edilib

Bu ilin yanvar-iyul aylarında Qazaxıstanda 49,8 milyon ton neft hasil edilib.

RegionTV.info  xəbər verir ki, bunu ölkənin energetika naziri Nurlan Noqayev hökumətin bu gün keçirilən iclasında bildirib.
Onun sözlərinə görə, bununla da, plana 99% əməl olunub.

7 ay ərzində Tenqiz yatağından 15,9 milyon ton, Kaşaqan yatağından 8,7 milyon ton, Karaçaqanak yatağından 6,9 milyon ton neft çıxarılıb.

Hasil edilmiş neftin 39,3 milyon tonu ixraca yönəldilib.

Xatırladaq ki, bu il Qazaxıstan 86 milyon ton "qara qızıl" çıxarmağı planlaşdırıb. Bu isə ötən ilə nisbətən 0,3 milyon ton və yaxud 0,35% çoxdur.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də