Oğuz rayonunda güclü külək nəticəsində ağaclar yola aşıb.
RegionTV.info-nun məlumatına görə, bu gün səhər saatlarından başlayaraq şimal-qərb bölgəsində güclü külək əsir.
Nəticədə İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun Oğuz rayonun ərazisindən keçən hissəsi bağlanıb. Buna səbəb ağacların güclü külək nəticəsində yola aşmasıdır.
Hazırda güclü külək davam edir.
Xəbəri paylaş