Vəndam qəsəbəsində 3 otaqlı ev yanıb Tarix: 11-08-2021, 08:49 Xəbərə baxış: 80 Qəbələ rayonunun Vəndam qəsəbəsində ümumi sahəsi 160 m² olan kürsülü birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.RegionTV.info xəbər verir ki,Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Qeyd olunub ki, evə bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.