
RegionTV.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays məlumat verib.
Onun sözlərinə görə, həmin şəxsləri ABŞ-a gətirmək üçün altı aviareys həyata keçirilib:
“Xüsusi immiqrasiya proqramı çərçivəsində minə yaxın şəxsi və onların ailə üzvlərini köçürdük. 10 avqust tarixinə bu rəqəm 995-dir. Təhlükəsizlik baxımından ABŞ hakimiyyəti digər uçuşlarla bağlı planları açıqlamayacaq. Proqram çərçivəsində Virciniyadakı Fort-Li hərbi bazasına gətirilən əfqanların təxminən 60% -i yeni həyata başlamaq üçün artıq bu obyekti tərk ediblər”.