Əlcəzairin Tizi-Uzu və və Bedjaya əyalətlərində meşə yanğınları ilə mübarizə və axtarış-xilasetmə işləri apararkən azı 25 hərbçi vəfat edib.
RegionTV.info xəbər verir ki, bu barədə Əlcəzair səlahiyyətlilərinin açıqlamasına istinadən “Afrigatenews” portalı məlumat yayıb.
Əlcəzair prezidenti Abdelmacid Tebbun yanğınlar nəticəsində həlak olanların ailələrinə başsağlığı verib. Qeyd olunub ki, ölkənin bir neçə əyalətində güclü meşə yanğınları davam edir. Yeddi mülki şəxs fəlakətin qurbanı olub.
İlkin ehtimal kimi istilər versiyası irəli sürülür. Lakin yangının qəsdən törədilmə ehtimalı da istisna edilmir. Yanğınların söndürülməsinə Əlcəzair ordusu da cəlb edilib.
Xəbəri paylaş